AZ

Aİ Rusiya aktivlərinin uzunmüddətli dondurulmasına başlayıb

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı (Aİ) üzv dövlətlərinin hökumətləri Rusiya aktivlərinin uzunmüddətli dondurulması üçün yazılı prosedura başlayıblar.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Aİ dekabrın 12-də məsələ ilə bağlı rəsmi sənəd imzalamağı planlaşdırır.

Bu qərar aktivlərin dondurulmasının hər altı aydan bir uzadılması üçün səsvermə tələbini aradan qaldıracaq. Aktivlərin dondurulması qərarı hər il nəzərdən keçiriləcək, lakin vəsaitlər İttifaqın iqtisadi maraqlarına təhlükə aradan qalxana qədər dondurulmuş qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
moderator.az

2Mənbələr