AZ

Azərbaycan-BƏƏ media sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib (FOTO)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən“Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində AzərbaycanRespublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoruƏhməd İsmayılov ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli MediaBürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd binButti Al Hamed arasında görüş keçirilib.

MEDİA-dan Trend-ə verilən məlumata görə, Medianınİnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanilə Birləşmiş Ərəb Əmirlikləri arasında media və kommunikasiyasahəsində əməkdaşlığın mövcud vəziyyətinə toxunaraq informasiya vətəcrübə mübadiləsinin genişləndirilməsinin, media subyektləriarasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətiniqeyd edib. O, sözügedən institusional tərəfdaşlığın gələcəkdə ortaqlayihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətinsəmərəliliyini artıracağını diqqətə çatdırıb.

Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və MediaŞurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed BƏƏ-dəmedia siyasətinin prioritet istiqamətləri, rəqəmsal transformasiyavə beynəlxalq media əməkdaşlığı çərçivəsində reallaşdırılantəşəbbüslər barədə məlumat verib. O, Azərbaycan ilə media vəkommunikasiya sahəsində əlaqələrin inkişafını yüksəkqiymətləndirərək, qurulan əməkdaşlığın hər iki ölkə üçün yeniimkanlar açacağını bildirib.

Görüşdə informasiya və təcrübə mübadiləsi, qarşılıqlı maraqdoğuran təşəbbüs və layihələr üzrə əməkdaşlıq, görüşlərin,seminarların, təlimlərin və konfransların təşkili məsələlərimüzakirə olunub.

Azərbaycan-BƏƏ
Azərbaycan-BƏƏ
Seçilən
23
18
az.trend.az

10Mənbələr