AZ

Qaçqın statusu olan şəxslər təhsil xərclərindən azad edilmir Vəkildən AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"Qanunvericiliyə görə “qaçqın” və “məcburi köçkün” anlayışları fərqli məna daşıyır. Məcburi köçkün ölkə daxilində öz yaşayış yerini məcburi şəkildə tərk etməyə məcbur qalan və başqa əraziyə köçürülən şəxsdir".Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib. "Qaçqın isə başqa ölkədən gələn, əcnəbi və ya vətəndaşlığı olmayan, ölkəmizdə sığınacaq alan şəxsləri ifadə edir. Sonradan onlara Azərbaycan vətəndaşlığı verilə bilər, lakin bu, onların məcburi köçkün statusu aldığı anlamına gəlmir. Qaçqın statusuna görə onlar müəyyən təhsil güzəştlərindən yenə faydalana bilirlər".O bildirib ki, dövlətin təhsil haqqından azad etmə siyasəti qanunvericilikdə məhz məcburi köçkün statuslu şəxsləri əhatə edir:"Dövlət resursları məhdud olduğu üçün prioritet kateqoriya kimi məcburi köçkünlər müəyyən olunub.Bəzən qaçqınlara da təhsil haqqı güzəşti və ya təqaüd verilir, amma bu hallar əsasən beynəlxalq yardım və xüsusi layihələr çərçivəsində mümkün olur. Azərbaycanda məcburi köçkün və qaçqın anlayışları hüquqi baxımdan fərqləndiyi üçün sosial təhsil güzəştləri də daha çox məcburi köçkün statusuna malik olanlara şamil edilir.

Bu status fərqləri dövlətin sosial siyasət prioritetləri ilə bağlıdır".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
demokrat.az

1Mənbələr