ain.az, Demokrat.az saytına istinadən bildirir.
“Aksiz vergilərinin artırılması tütün məhsullarının qiymətinə birbaşa təsir edir. İstehsalçılar və idxalçılar vergidəki artımı adətən satış qiymətinə əlavə etdikləri üçün bahalaşma qaçılmaz olur”.Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.O bildirib ki, yeni dərəcələr qüvvəyə minsə, siqaretin topdansatış qiymətində artım olacaq:“Bu, pərakəndə satışda bir qutunun qiymətinə də yansıyacaq. Gözlənti ondan ibarətdir ki, adi siqaretlərin qiyməti orta hesabla 20–50 qəpik bahalaşsın. Alternativ tütün məhsullarında daha böyük qiymət artımı ola bilər, çünki bu kateqoriyada aksiz kəskin şəkildə yüksəldilir. Bu səbəbdən həmin məhsulların qiymətində 30–40 faiz artım ehtimal olunur. Elektron siqaret üçün istifadə edilən tütün məhsullarında isə qiymət artımı markadan asılı olaraq 1–3 manat arası dəyişə bilər. Bu addım dövlətə əlavə vergi gəliri yaradır, amma qısa müddətdə bazarda müəyyən qarışıqlıq və qeyri-rəsmi satış riski də artır. Ümumilikdə, həm ənənəvi siqaretlərdə, həm də elektron alternativlərdə mülayim, amma qaçılmaz bahalaşma gözlənilir”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.