AZ

Azərbaycan artıq bu mühüm ölkə ilə də hərbi əməkdaşdır ŞƏRH

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Azərbaycan və Özbəkistan arasında artıq strateji və təhlükəsizlik səviyyəsində münasibətlər mövcuddur və bu əlaqələr özündə çoxşaxəli əməkdaşlıq formatını ehtiva edir. Ticarət, iqtisadiyyat, enerji, logistika, nəqliyyat və mədəni sahələrlə yanaşı, biz eyni zamanda hərbi təhlükəsizlik və müdafiə istiqamətlərində də əməkdaşlıq edirik".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. "Tərəflər arasında bir neçə hərbi təlim keçirilib və ümumilikdə ikitərəfli hərbi əməkdaşlıqla bağlı planlar hazırlanıb. Bu planlar Türk Dövlətləri Təşkilatı çərçivəsində də birgə hərbi təlimlərin keçirilməsini nəzərdə tutur. Bu, son dərəcə vacib istiqamətdir, çünki Özbəkistan Orta Asiyanın ən önəmli ölkələrindən biridir".O bildirib ki, Özbəkistan Türk Dövlətləri Təşkilatının aparıcı ölkələrindən sayılır və bu status ona xüsusi əhəmiyyət verir:"Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərə yalnız ikitərəfli çərçivədən deyil, həm də Türk Dövlətləri Təşkilatı və ümumən türk dünyası perspektivindən yanaşmaq lazımdır.Həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq həm Azərbaycanın, həm Özbəkistanın, həm də bütün türk dövlətlərinin maraqlarına uyğundur. Çünki hazırda Türk Dövlətləri Təşkilatının qlobal aktor kimi formalaşması prosesi gedir və bu prosesin sürətlənməsi üçün məhz bu cür addımların atılmasına ehtiyac var".Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Özbəkistan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr