AZ

Azərbaycan Türkmənistan üçün əsas tranzit ölkəsi kimi strateji əhəmiyyət daşıyır ŞƏRH

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Hazırda Azərbaycan və Türkmənistan arasındakı münasibətlər inkişaf etməkdədir. Ümumiyyətlə, Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür və Orta Asiya ölkələri ilə əlaqələr qarşılıqlı münasibətlərdə əsas prioritetlərdən biridir. Buna görə də demək olar ki, Azərbaycan Orta Asiyanın enerji resursları ilə zəngin ölkələri ilə münasibətlərin yüksəlməsində birbaşa maraqlıdır və bu, xüsusilə enerji sahəsində əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb edir".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. O bildirib ki, son illərdə Azərbaycan mühüm tranzit ölkəsinə çevrilməyə başlayıb:"Bu, enerji nəqli sahəsində genişlənən boru kəməri infrastrukturu ilə əlaqədardır. Orta Asiya ölkələri də Avropanın qərb bazarlarına çıxmaqda maraqlıdır və bu baxımdan Azərbaycan onlar üçün strateji rol oynayır.

Təbii ki, Türkmənistan da bu ölkələr sırasında yer alır. Türkmənistan öz enerji ehtiyatlarını yeni bazarlara, xüsusilə qərb istiqamətinə çıxarmaqda maraqlıdır və bu məsələdə Azərbaycan onun üçün əsas tranzit ölkəsi kimi strateji əhəmiyyət daşıyır".Politoloq deyib ki, Türkmənistanın enerji resurslarının qərb bazarlarına çıxarılmasında Azərbaycan üzərindən keçən marşrutlar prioritet hesab olunur:"Bu kontekstdə son dövrlərdə Azərbaycan və Türkmənistan arasında yaxınlaşma prosesinin intensivləşdiyi görünür. Hər iki ölkənin iqtisadi, ticari və xüsusilə enerji sahəsində olan tərəfdaşlıq maraqları açıq şəkildə ön planda dayanır".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr