AZ

Radiasiyadan mühafizə üçün istənilən dövlətin xüsusi konsepsiyası mövcuddur Ekoloq

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Radiasiyadan mühafizə, nüvə və digər kütləvi qırğın silahlarının mümkün tətbiqi ilə əlaqədar həyata keçirilməli olan tədbirləri əhatə edir. Bu, əsasən profilaktik təhlükəsizlik addımlarını nəzərdə tutur və daha çox fövqəladə hallar və müdafiə nazirliklərinin səlahiyyətlərinə aid məsələlərdir, çünki burada əsas məsələ insanların təhlükəsizliyinin təmin edilməsidir".Bu sözləri Demokrat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov deyib.O bildirib ki, bu istiqamətdə dövlətin xüsusi konsepsiyası mövcuddur və həyatın qorunması üçün müəyyən addımlar müəyyənləşdirilib:"Lakin ekoloji tərəfdən yanaşdıqda, belə hallarda praktiki olaraq tədbir görmək mümkün olmur. Çünki əhalinin təhlükəsizliyini təmin etməyin yeganə yolu həmin ərazinin təxliyyəsidir.Təbiəti qorumaq baxımından da təəssüf ki, bu cür situasiyalarda müdaxilə etmək mümkün deyil. Dünya tarixində bunun ən ağır nümunələri 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində baş verib. Digər hadisə isə 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında reaktor sızması və partlayışı nəticəsində qeydə alınıb.

Hər iki halda əvvəlcə əhali təxliyyə edilib, daha sonra həmin ərazilərin özünü bərpa etməsi onilliklər tələb edib".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
demokrat.az

1Mənbələr