ain.az bildirir, Demokrat.az portalına istinadən.
“Sosial şəbəkələrdə saxta pul şəkilləri yaymaq ciddi məsuliyyət yarada bilər. Cinayət Məcəlləsinə görə saxta pul hazırlamaq, satmaq və ya dövriyyəyə buraxmaq 3 ildən 12 ilədək həbs cəzası ilə nəticələnə bilər”.Bu fikirləri Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev bildirib.O deyib ki, hətta şəxs özü pulu hazırlamasa belə, saxta pul görüntüsünü yaymaq da araşdırma üçün əsas yaradır:“Əgər paylaşım insanlar arasında çaşqınlıq yaradırsa və “bu pullar dövriyyədədir” kimi fikir formalaşdırırsa, inzibati məsuliyyət də tətbiq oluna bilər. Bu halda şəxsə cərimə və ya qısa müddətli inzibati həbs verilə bilər. Dövlət qurumları belə hallarda paylaşımın məqsədini, yayılma miqyasını və ictimai təsirini qiymətləndirir. Saxta pul görüntüsünü məqsədsiz şəkildə paylaşmaq belə problem yarada bilər. Ona görə də pul və ya rəsmi sənədlərlə bağlı məlumat paylaşmadan əvvəl doğruluğunu yoxlamaq və ehtiyatlı olmaq vacibdir”.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.