AZ

Zaxarova aktivlərin oğurlanmasına görə Avropaya sərt cavab verəcəyini açıqladı



Avropa dondurulmuş Rusiya vəsaitlərini ələ keçirmək kimi son addımı atmaq qərarına gələrsə, fəlakətli nəticələrlə üzləşmək riski daşıyır. Bu, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın brifinqində açıq şəkildə bildirilib. Onun sözlərinə görə, hökumət artıq cavab tədbirləri üçün konkret və sərt mexanizmlər hazırlamaq mərhələsinə keçib.
“Belə bir ssenaridə cavab sərt olacaq. Rusiya Prezidenti bu barədə bu ilin 27 noyabr tarixində keçirdiyi mətbuat konfransında ətraflı danışıb... Təkrar edə bilərəm ki, hökumətimiz tərəfindən əks tədbirlər hazırlanır”, - deyə Zaxarova bildirib.
Avropa Komissiyasının Rusiyanın suveren aktivlərinin oğurlanmasını qanuniləşdirmək cəhdləri fonunda gərginlik artır.

aia.az
Tərcümə şöbəsi



Seçilən
113
aia.az

1Mənbələr