AZ

Yağış bölgələrdə fəsadlar yaradıbVİDEO

Qubanın Dəvədabanı yaşayış massivində hər yağışdan sonra sakinlərin həyatı çətinləşir. Yaşayış massivinin yollarından nə sakinlər, nə də sürüclər istifadə edə bilirlər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, əsas problem yağış sularının axıdılması üçün kanalizasiya və drenaj sisteminin olmamasıdır.

Quba Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, yaxın gələcəkdə Dəvədabanı yaşayış massivində drenaj sisteminin qurulması nəzərdə tutulub.

Gəncənin də bir çox məhəllələrində yağıntılı havalarda yaranan vəziyyət sakinlərin narahatlıq və narazılığına səbəb olur.

Sakinlər deyirlər ki, etdikləri şikayətlərə heç bir reaksiya verilmir.

Məsələ ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətindən bildirildi ki, şəhərdə küçələrin, qəsəbə və məhəllədaxili yolların asfaltlanması, içməli su və çirkab su xətləri sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsinə paralel şəkildə aparılır. Layihə üzrə işlər yekunlaşan ərazilərdə mərhələli şəkildə asfalt işlərinin görülməsi həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
xezerxeber.az

1Mənbələr