AZ

Noni Madueke UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib

“Arsenal”ın və İngiltərə millisinin cinah oyunçusu Noni Madueke UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

İdman.Biz bildirir ki, turnirin mətbuat xidməti bu barədə məlumat yayıb.

Dekabrın 10-da Madueke “Brügge” ilə matçda (3:0) iki qol vurub.

Həftənin oyunçusu mükafatı üçün səsvermədə Madueke “Atalanta”dan Şarl De Ketelaere, “Ayaks”dan Oskar Qlux və "Barselona"dan Jül Kundeni geridə qoyub.

Noni Madueke 2025-ci ilin yayından “Arsenal”da oynayır və daha əvvəl iki il yarım “Çelsi”də oynayıb.

İdman.Biz

Seçilən
12
1
idman.biz

2Mənbələr