Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavini, Atçılıq Federasiyasının vitse-prezidenti, general-leytenant Cavid Abdullayevin oğlu Mirhəmzə Abdullayevə yeni vəzifə verilib.
Publika.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı DSX-nin rəisi, Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mirhəmzə Abdullayev DSX hərbi hospitalında şöbə rəisinin müavini təyin edilib.