AZ

İran ABŞ-ın diplomatlarına məhdudiyyətlər tətbiq etmək qərarına reaksiya verib



İran Xarici İşlər Nazirliyi ABŞ-ın Nyu-Yorkdakı BMT-dəki İranın Daimi Nümayəndəliyində çalışan üç iranlı diplomata məhdudiyyətlər tətbiq etmək qərarını pisləyib.
Nazirliyin yazılı açıqlamasında İran diplomatlarının fəaliyyətini məhdudlaşdırmaq qərarının onların işinə mane olduğu və bu cür qərarların ABŞ tərəfindən "təzyiq metodu" kimi istifadə edildiyi bildirilir.

Bəyanatda həmçinin ABŞ-ın diplomatların qanuni vəzifələrini yerinə yetirməsinə mane olmaqla, Qəbul Edən Ölkə Sazişi çərçivəsindəki öhdəliklərini pozduğu və Birləşmiş Millətlər Təşkilatının Baş katibinin nüfuzuna xələl gətirdiyi vurğulanıb.

İran BMT Baş katibini "qanunsuz ABŞ təcrübələrinin" qarşısını almağa çağırıb və BMT üzv dövlətlərini ABŞ-a qarşı reaksiya verməyə çağırıb

aia.az
Tərcümə şöbəsi



Seçilən
25
aia.az

1Mənbələr