Avstraliyada gecə yarısından sonra 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsinə rəsmi olaraq qadağa qoyulub. Dekabrın 10-da qüvvəyə minən qanun “Facebook”, “Instagram”, “Snapchat”, “Threads”, “TikTok”, “X”, “YouTube” və “Kick” və “Twitch” platformalarında tətbiq edilib. Bununla belə, “YouTube Kids”, “Google Classroom” və “WhatsApp” kimi mesajlaşma proqramları azyaşlı və yeniyetmələr üçün əlçatan olacaq. Qanunu pozanlar cərimələnəcək.
Avstraliya Statistika Bürosunun məlumatına görə, ölkədə 16 yaşa qədər beş milyon uşaq, 10-15 yaş arasında isə bir milyon uşaq var.
Ülkər XASPOLADOVA ,
“Azərbaycan”