AZ

Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib

Bakı. Trend:

Ermənistan Respublikası AİB-in xarici iqtisadi əlaqələrinincoğrafiyasının genişləndirilməsinə xüsusi əhəmiyyət verir və busahəni Birliyin qlobal iqtisadiyyatdakı rolunun daha dagücləndirilməsində əsas amil hesab edir.

Trend xəbər verir ki, bunuErmənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçirilən Avrasiyaİqtisad Birliyinin Hökumətlərarası Şurasının iclasındabildirib.

Onun sözlərinə görə, yeni azad ticarət sazişlərinin bağlanmasıtəkcə dialoqu intensivləşdirməklə yanaşı, həm də AİB-in rəqabətqabiliyyətinin artmasına töhfə verir və regionda iqtisadiəməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır.

"İqtisadi əməkdaşlığın digər vacib elementi nəqliyyat vəlogistika sektorudur. Nəqliyyat infrastrukturunun şaxələndirilməsiticarət dövriyyəsinin artmasına əlavə təkan verə bilər.

Bu kontekstdə qeyd etmək istərdim ki, regionda baş verən müsbətdəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlaraçır. Regional kommunikasiyaların açılması bölgədə iqtisadidayanıqlılığın gücləndirilməsi üçün mühüm amilə çevrilə bilər. Bubaxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinAzərbaycan ərazisindən Ermənistana göndərilən yüklərin tranzitinəicazə verilməsinə dair qərarını alqışlamaq istərdim. Bu,regionumuzda sülhün və sabitliyin bərqərar olmasında əldə edilənmühüm nailiyyətlərdən biridir", - baş nazir qeyd edib.

Məqalədə:
Seçilən
51
8
az.trend.az

10Mənbələr