AZ

Çağırışa tələsən qadın polis maşınla qadını və uşağı vurdu Ölən var VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çağırışa tələsən polis əməkdaşları avtomobillə qadın və uşağı vurub. Avtosfer.az xəbərt verir ki, Ukraynanın Priluki şəhərində baş verən hadisənin kadrları kameraya düşüb.

Sayrışan işıqlarını qoşub çağırışa tələsən polis əməkdaşlarının olduğu “Mitsubishi” markalı avtomobil piyada keçidindən keçən qadına və uşağa çırpılıb. Zərbənin təsirindən qadın havada uçaraq bir neçə metrə kənara düşüb, uşaq isə avtomobilin kapotunda qalıb.

Qəza nəticəsində azyaşlı qız aldığı xəsarətlərdən ölüb, qadın isə xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar patrul avtomobilini idarə edən xanım polis və həmkarı xidmətdən kənarlaşdırılıblar.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
avtosfer.az

1Mənbələr