AZ

Xabi Alonso üçün həlledici matç - “Real” məğlubiyyəti bağışlamayacaq

“Real” rəhbərliyi baş məşqçi Xabi Alonsonun postu ilə bağlı qərarını verib.

90deqiqe.Az-ın “The Touchline”ə istinadən məlumatına görə,  Madrid klubu 14 dekabrda keçiriləcək La Liqanın 16-cı turunda “Alaveş”i məğlub etməsə, Alonso istefaya göndəriləcək.

Mediada daha əvvəl Çempionlar Liqasındakı “Mançester Siti” məğlubiyyətinin (1:2) alonsosuzluğa səbəb ola biləcəyi deyilirdi. Oyun bitdikdən sonra isə rəhbərliyin bu addımı atmayacağı barədə xəbərlər yayılmışdı.

Xabi Alonso 2025-ci ilin yayın­dan Madrid klubuna rəhbərlik edir. “Kral klubu” hazırda 36 xalla La Liqanın 2-ci yerində qərarlaşıb.

Seçilən
16
2
90deqiqe.az

10Mənbələr