ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kiyev vilayətinin Vasilkov Şəhər Şurasının katibi Bohdan Şevçuk şəhərin meri Nataliya Balasinoviç tərəfindən iş yerində döyülüb.
Gununsesi.info xəbər verir ki, zərərçəkmiş bu barədə öz “Facebook” səhifəsində yazıb.
Şevçukun sözlərinə görə, hadisə şəhər şurasının binasında baş verib.
“Mənimlə şəhər meri Natalya Balasinoviç arasında insident baş verdi, nəticədə mən xəsarət aldım və 12 saylı Kiyev şəhər klinik xəstəxanasına yerləşdirildim”, – o yazıb.
Şevçuk sağlamlığına ciddi ziyan dəydiyini qeyd edib.
O, əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. (Publika.az)
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.