ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"Uzun müddət quraqlıq olduqda belə intensiv yağışların yağması normal hal hesab edilmir. Bu, iqlim dəyişikliyinin artıq hiss olunan təsirlərindən biridir.Bu cür leysan yağışları, xüsusilə Bakı şəhərində və digər şəhərlərdə infrastruktura ciddi zərər vurur. Yollar sıradan çıxır, avtomobillərin hərəkəti çətinləşir və ümumilikdə əhali üçün müəyyən problemlər yaranır".Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib. O bildirib ki, şəhər infrastrukturu, xüsusilə kanalizasiya sistemi uzun müddət quraqlıqdan sonra belə yağışlara uyğunlaşdırılmadığı üçün yolların sıradan çıxması qaçılmaz olur:"İntensiv yağışlar kənd təsərrüfatı sahələrinə də ciddi təsir göstərir. Hazırda əkin dövrü olmasa da, torpaqda artıq taxıl və arpa kimi bitkilər əkilib. Leysan yağışları torpağın yuyulmasına, torpaq münbitliyinin azalmasına və nəticədə həmin bitkilərin inkişafına zərər vurmasına səbəb ola bilər.Belə həcmdə yağış yaz aylarında baş versəydi, fəsadlar daha böyük olardı. Hazırda aktiv vegetasiya dövrü olmasa da, müəyyən itkilər yenə də qeydə alınacaq, sadəcə əvvəlki qədər ciddi olmayacaq".Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.