AZ

“Məğlubiyyət o demək deyil ki, şanslar qalmayıb” Diniyev

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” Çempionlar Liqasının VI turunda Bakıda “Ayaks”a uduzub – 2:4.

Millinin sabiq məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirdi:

“Hamı kimi məyusam. “Qarabağ” üçün yaxşı şans var idi. “Ayaks”ı keçmək olardı, amma alınmadı. Lakin məğlubiyyət o demək deyil ki, şanslar qalmayıb. Düzdür, bu oyunda qələbə olsaydı, indi fərqli şeylərdən danışardıq. “Ayaks”ın əsas oyunçuları olmasa da, gəncləri özlərini sübut etmək istəyirdi. “Ayaks”da oyunçuların kimliyinin fərqi yoxdur”.

Mütəxəssis “atlılar”ın son dəqiqələrdə üstünlüyü əldən verməsinə toxundu:

“Qarabağ” 70-80 dəqiqə yaxşı oynadı. Təəssüf ki, son dəqiqələrdə üstünlük əldən verildi. Təəssüflənirik, amma nəzərə alaq ki, “Qarabağ” yaxşı işlər görüb. Çempionlar Liqasında 7 xal toplamaq asan iş deyil. Həm də şanslar hələ də davam edir”.

Məğlubiyyətə görə ən çox tənqid edilən Nəriman Axundzadədir. İkinci hissədə meydana daxil olan, lakin oyuna qoşula bilməyən hücumçu ardıcıl top itkilərinə yol verdi. Diniyev Nərimanın oyunundan da söz açdı:

“Məğlubiyyətə səbəb əvəzetmə deyil. Belə olduğunu düşünmürəm. Sadəcə meydança ağır idi, “Qarabağ” da çox güc sərf etmişdi. “Ayaks”ın gənc heyəti var, onların dinamikliyi və sürəti artırması təzyiq yaratdı. “Qarabağ”ın belə yorğunluğu gözlənilən idi”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
futbolpress.az

3Mənbələr