AZ

Kütləvi etirazlar Bolqarıstan hökumətini istefa məcbur etdi

Bolqarıstanın Baş naziri Jelyazkov iqtisadi siyasətə və korrupsiyaya qarşı həftələrlə davam edən etirazlardan sonra hökumətlə birlikdə istefa verdiyini açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, qərar parlamentin etimadsızlıq səsverməsindən bir neçə dəqiqə əvvəl qəbul edilib.

Minlərlə bolqar Sofiya və digər şəhərlərin küçələrinə çıxaraq yüksək rüsumlardan, vergilərdən və hökumətin korrupsiya ilə mübarizə apara bilməməsindən narazılığını bildirib. Hökumətin istefası yeni kabinetin formalaşdırılması və ya yeni seçkilər keçirilənə qədər müvəqqəti administrasiyanın təyin edilməsi istiqamətində ilk addım olacaq.

Prezident Radev istefanı dəstəkləyərək, xalqın səsinə qulaq asmağın vacibliyini vurğulayıb.

Elvin

Ölkə.az

Seçilən
38
1
olke.az

2Mənbələr