AZ

Almaniyanın Rusiya ilə münaqişədə qələbə qazanması üçün... NATO dan vacib açıqlama

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Almaniyanın Rusiya ilə mümkün münaqişədə qələbə qazanması üçün əsas şərt düzgün qurulmuş logistika hesab olunur.

Globalinfo.az xəbər verir ki, nu barədə Amerikanın National Security Journal (NSJ) nəşrinin müəllifi Ruben Conson yazıb.

O, NATO ölkələrinin müdafiə qurumlarında çalışan mənbələrlə söhbət edib.

Nəşrin həmsöhbətləri qeyd edirlər ki, NATO-nun kollektiv hərbi potensialı gücləndirilməli, genişləndirilməli və mövcud həssaslıqlardan qorunmalıdır.

Mənbələrdən biri deyib ki, Rusiya prezidenti Vladimir Putin daha çox hərbçi cəlb etməyə, silah istehsalını artırmağa və bu yolla say üstünlüyü əldə etməyə çalışır.

Müəllif vurğulayır ki, genişmiqyaslı müharibədə həlledici faktor kimi ordu logistikasının roluna üstünlük verilir. Buna görə də Bundesverin yeni operativ planının əsasını müttəfiq qüvvələrin maddi-texniki təminatla bağlı heç bir çatışmazlıq yaşamaması təşkil edir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr