Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında təkbətək görüş başlayıb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur.
Nazirlər ikitərəfli münasibətləri nəzərdən keçirəcək və 3-cü Strateji Tərəfdaşlıq Dialoqu ərəfəsində Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının irəlilədilməsinə sadiqliklərini bir daha təsdiqləyəcəklər.