BAKI, 11 dekabr. TELEQRAF
Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında görüş keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur.
Xatırladaq ki, Ceyhun Bayramov Macarıstanda işgüzar səfərdədir.