AZ

Anasını pəncərədən atıb: “Bay-bay, görüşərik” dedi – ŞOK DETAL

Türkiyədə “Güllü” adı ilə tanınan sənətçi Gül Tutun ölümündə qətl şübhəsi gündəmə gəlib. 52 yaşlı müğənni sentyabrın 26-da Yalovanın Çinarcık rayonunda yaşadığı binanın altıncı mərtəbəsindən yıxılaraq həyatını itirmişdi. Hadisə əvvəlcə “sürüşüb yıxılma” kimi qeydə alınsa da, istintaq dərinləşdikcə versiyalar tamamilə dəyişib.

NOCOMMENT.az musavat.com-a istinadən xəbər verir ki, yeni əldə olunan səs yazıları və ziddiyyətli ifadələr işin qətl olduğunu üzə çıxarıb. Sənətçinin qızı Tuğyan Ülkem Gülter və onun yaxın dostu Sultan Nur Ulu çamadanlarla ölkədən qaçmağa hazırlaşarkən İstanbulun Büyükçekmece bölgəsində saxlanılıblar. Onlarla birlikdə daha iki nəfər də nəzarətə götürülüb. 17 yaşlı bir başqa şübhəli isə dindirildikdən sonra sərbəst buraxılıb.

İstintaq materiallarına görə, Güllünün ölümündən əvvəl mənzildə gərginlik yaşanıb. TÜBİTAK tərəfindən analiz edilən səs yazılarında Tuğyanın anasına “Səni indi çölə ataram” – deyə hədə-qorxu gəldiyi, mübahisə zamanı isə pəncərədən itələdiyi iddia olunur. Pəncərədən yıxılan Güllünün düşmə anından sonra qızının “Yaxşı, görüşənədək, bay-bay” dediyi də qeydə alınıb.

Güllünün mənzilində aparılan kriminal araşdırmada qızının iddia etdiyi kimi döşəmədə sürüşkənlik aşkar olunmayıb. Tibbi ekspertiza da müğənninin ağır dərəcədə spirtli içki qəbul etdiyini, lakin ölümün birbaşa “hündürlükdən yıxılma” nəticəsində baş vermədiyini təsdiqləyib.

Hadisə ərəfəsində Tuğyan və Sultan Nur Ulunun Gürcüstana və ya Fransaya qaçmağa hazırlaşdığı müəyyən edilib. Onların hava limanından istifadə etməmək üçün dəniz yolu və ya yük maşınlarının qoşqusundan yararlanmaq planı iflasa uğrayıb. Təhlükəsizlik kameralarının görüntülərində hər iki qadının çamadanlarla evdən çıxması qeydə alınıb.

Tuğyan istintaqa əvvəlki ifadələrində anasının sürüşərək yıxıldığını iddia etsə də, daha sonra ortaya çıxan mesajlar da şübhələri gücləndirib. O, tanışına göndərdiyi yazışmalarda “Bəsdir, özümü öldürəcəyəm, anamı öldürəcəyəm, bu əzab nə vaxt bitəcək?” kimi sözlər işlədib.

Yalova Baş Prokuroru Duyğu Bayar Öksüz istintaqın gedişi barədə açıqlamasında bildirib ki, proses “samanlıqda iynə axtarmaq qədər incəlik tələb edən” məxfi araşdırma ilə aparılıb və şübhəlilərə qarşı konkret dəlillər toplanıb. İş üzrə məxfilik qərarı qüvvədədir.

Hazırda Tuğyan Ülkem Gülter, Sultan Nur Ulu və Ulunun atası A.U. qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb. Onları təmsil edən vəkillər ekspert rəylərinin işə daxil edilib-edilmədiyini bilmədiklərini bildirib.

Sənətçi Güllünün müəmmalı ölümü Türkiyə mediasının ən çox müzakirə olunan mövzularından birinə çevrilib və istintaq davam edir.

Seçilən
67
nocomment.az

1Mənbələr