AZ

"Neftçi"nin ulduzu bu səbəbdən milliyə çağırılmır - ƏTRAFLI

Kamerun futbolunda qalmaqal yaradan iddia yayılıb. “The Sun” nəşrinin məlumatına görə, Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto özünün millidəki qol rekordunun qırılmaması üçün “Neftçi”nin hücumçusu Vinsent Abubakarı milli komandaya çağırmır.

Fanat.Az xəbər verir ki, mənbə Etonun şəxsi rekordunun təhlükə altında olduğunu düşündüyü üçün qərara təsir göstərdiyini iddia edib.

Hazırda Samuel Eto Kamerun millisində 56 qolla bütün dövrlərin ən məhsuldar futbolçusudur. Vinsent Abubakar isə 45 qolla siyahıda ikinci pillədə qərarlaşıb və aktiv fərqini azaltmaq şansına sahibdir.

Bu iddianın rəsmi təsdiqi olmasa da, Kamerun futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olduğu bildirilir. Abubakarın isə “Neftçi”dəki çıxışını davam etdirərək yenidən milliyə qayıtmağa ümid etdiyi vurğulanır.

Kamil Xudiyev

Seçilən
30
1
fanat.az

2Mənbələr