AZ

Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq (FOTO)

Bakı.Trend:

Ölkənin biotəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyatakeçirilən tədbirlərin icrasında dövlətlə bir yerdə sahibkarlar dayaxından iştirak edirlər.

Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)tərəfindən heyvan bazarlarında həyata keçirilən qiymətləndirməninnəticələrinə əsasən, Bərdə rayonunun Alpoud kəndində yerləşənheyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməkləyenidən qurulub. Hazırda bazarda son tamamlama işlərigörülməkdədir. Yaxın günlərdə Bərdə heyvan bazarının fəaliyyətinəicazə veriləcək.

Qeyd edək ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsitikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxışplatformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub.Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçünsu və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması vədigər tələblərə uyğun şərait yaradılıb.
Hazırda bir neçə heyvan bazarında da AQTA-nın Kollegiyasının 50nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dairbaytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraqrekonstruksiya işləri son mərhələdədir. Yaxın günlərdərekonstruksiya işlərini yekunlaşdıran digər heyvan bazarlarının dayenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq.
Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulanheyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanlarınqeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülənişlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinintəhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.

Bərdə
Bərdə
Bərdə
Məqalədə:
Seçilən
12
20
az.trend.az

10Mənbələr