AZ

Siyarto Bakı və Budapeşt əməkdaşlığından danışdı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Macarıstan və Azərbaycan arasında əməkdaşlıq Budapeştin enerji təhlükəsizliyi risklərini azaldır və təchizatın uzunmüddətli diversifikasiyasını gücləndirir.

Globalinfo.az-ın məlumatına görə, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib və onun sözlərini Baş naziriт Ofisinin Beynəlxalq kommunikasiya və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç “X”də paylaşıb.

O xatırladıb ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın “MVM ONEnergy” şirkəti arasında razılaşmalar çərçivəsində iki il ərzində 800 milyon kubmetr təbii qazın alınması barədə çərçivə sazişi imzalanıb.

“MVM və SOCAR arasında saziş gündəlik 1,1 milyon kubmetr idxalı nəzərdə tutur”, – o dəqiqləşdirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
globalinfo.az

1Mənbələr