AZ

Alonso azarkeşlərin təhqirlərinə reaksiya verdi

"Real"ın baş məşqçisi Xabi Alonso azarkeşlərin ona qarşı səsləndirdiyi sözlərə və fitə basılmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, o, bunu adi hal kimi qiymətləndirib:

“Azarkeşlər məni "Siti" ilə oyundan sonra fitə basdılar. Bu normaldır, burada yeni heç nə yoxdur. Evdə qalib gəlməyəndə belə şeylər baş verir. Amma elə anlar da olub ki, azarkeşlər bizi dəstəkləyib və komanda həmin enerjini hiss edib. Bu, irəli getməyimizə kömək edib. Əslində bu fitləri qaçılmaz bir şey kimi qəbul etməliyik, çünki "Real"dakı təzyiq çox böyükdür. Biz isə hər şeyi dəyişmək istəyirik. Tədricən toparlanmalıyıq – həm mənəvi, həm fiziki cəhətdən, həm də futbolçular zədələrdən qayıtmalıdır. Qarşıda çox vaxt var. Sakit qalmalıyıq, çünki mövsüm uzun bir marafondur. Bu gün fəlakət kimi görünən şey bir müddət sonra tamamilə dəyişə bilər”.

Qeyd edək ki, fanatlar Madrid Çempionlar Liqasının 6-cı turunda “Mançester Siti”yə evdə 1:2 hesabıyla uduzmasından sonra ispaniyalı mütəxəssisi fitə basıb və ünvanına xoşagəlməz ifadələr səsləndiriblər.

Seçilən
38
2
publika.az

3Mənbələr