AZ

Özünüməşğulluq proqramı çərçivəsində istehsal və xidmət istiqamətləri üzrə 28 zərf təqdim edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal və xidmət sahələrində kiçik biznes fəaliyyətinə başlamaq üçün 28 istiqamət üzrə zərflər təqdim edilir.

“İki sahil” xəbər verir ki, bu zərflər vətəndaşların müxtəlif sahələrdə peşəkar fəaliyyət göstərmələrinə, peşə bacarıqlarını gəlirli biznesə çevirmələrinə və əmək bazarında öz mövqelərini gücləndirmələrinə imkan yaradır.

Proqram çərçivəsində təqdim edilən zərflərin tərkibi və istiqamətləri əmək bazarının araşdırılması, mövcud tələbatın qiymətləndirilməsi nəticəsində müəyyən edilir və mütəmadi təkmilləşdirilir.

Öz biznes ideyasını reallaşdırmaq istəyən şəxslər özünüməşğulluq proqramına müraciət edərək təqdim olunan imkanlardan faydalana bilərlər. Təkcə cari ilin 11 ayı ərzində 4329 şəxs istehsal və xidmət istiqamətləri üzrə müvafiq aktivlərlə təmin ediliblər.  

Biznes istiqamətləri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.

Seçilən
26
1
ikisahil.az

2Mənbələr