AZ

ABŞ-la Ukrayna böhranı ətrafında danışıqlar davam edəcək




ABŞ rəsmiləri ilə Ukraynadakı nizamlama ilə bağlı danışıqlar gələn həftəsonu davam edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

Kansler xatırladıb ki, bu prosesi planlaşdırıldığı kimi davam etdirsək, Amerika hökuməti ilə danışıqlar bu həftəsonu keçiriləcək:

"Daha sonra, bəlkə də gələn həftənin əvvəlində, burada, Berlində görüş olacaq", - deyə Merz NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

Almaniya kansleri vurğulayıb ki, görüşdə uğur qazanacaqlarına əmindir.

Qeyd edək ki, Vaşinqton noyabr ayında 28 maddəlik planını təklif etdikdən sonra Ukrayna ilə bağlı danışıqlar intensivləşib. Kiyev və onun Avropa tərəfdaşları sənəddən narazılıqlarını bildiriblər və onu əhəmiyyətli dərəcədə dəyişdirməyə çalışıblar. Daha sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, ilkin plan Moskva və Kiyevin mövqelərini nəzərə almaq üçün yenidən işlənib və yalnız bir neçə mübahisəli məsələ qalıb.

Cavid
Seçilən
20
1
newscenter.az

2Mənbələr