Saratov vilayət dumasında dövlət quruculuğu və yerli özünüidarəetmə komitəsinin iclası keçirilib və burada üç məhkəmə sahəsi üzrə namizəd təsdiqlənib — onların hamısı qadın olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fakt LDPR deputatı Stanislav Denisenkonu özündən çıxarıb.
“Doğum səviyyəsinin artırılması üçün on milyonlarla vəsait xərcləyirik, amma hər dəfə hakim vəzifəsinə belə gözəl xanımların namizədliyini görürük. Bu nə vaxt düzələcək? Biz gözəl qadınları çoxuşaqlı ana kimi cəmiyyətimizi inkişaf etdirən kimi görmək istəyirik, hakim kreslosunda yox — burada kişiləri görməyə daha çox ehtiyac var”,-deyə o qeyd edib.