Ulduz "öləndən" sonra ağ cırtdana, neytron ulduza və ya qara dəliyə çevrilir, lakin onlar belə əbədi mövcud ola bilməzlər.
QHT.az xəbər verir ki, Hollandiyalı alimlərin yeni nəzəri araşdırmasına görə, kainatdakı ən sabit kosmik obyektlər belə əbədi deyil və ultra uzun zaman miqyasında buxarlanaraq sonda partlaya bilərlər. Hesablamalar göstərir ki, neytron ulduzlarının ömrü təxminən 10^{68} il, ağ cırtdanların ömrü isə 10^{78} ola bilər, superkütləli qara dəliklər isə 10^{96} mövcudluğunu davam etdirəcək. Bu nəticə məkan-zamanın əyriliyinin bu cisimləri tədricən sabitsiz hala gətirə biləcəyi fikrinə əsaslanır.
Alimlər bildirirlər ki, gələcək müşahidələr, xüsusilə “Ceyms Vebb” teleskopu vasitəsilə bu nəzəriyyəni yoxlamağa imkan verəcək. Son kəşflər həmçinin qaranlıq maddəyə dair birbaşa sübutların və Yupiter qütbündə qeyri-adi parıltıların aşkarlandığını göstərir.
R.İmanov