“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi nəqliyyat vasitələri və texnikalar üçün təkərlər alır.
Pravda.az-ın xəbərinə görə, təkərlərin sayı 2 248 ədəddir.
Buna görə agentlik 631 099 AZN sərf edəcək. Satışı “R.A.F.-Avto” MMC həyata keçirəcək. Artıq müvafiq müqavilə bağlanıb.
Cabir
Tarix: 11 Dekabr 2025, 17:40