Ukrayna Baş Prokurorluğu Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı ittiham aktını məhkəməyə göndərib.
Publika.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
İstintaq müəyyən edib ki, Kadırov Ukrayna ərazilərini ələ keçirmək üçün Rusiya Milli Qvardiyasının, Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə bölmələrinin Ukrayna ərazisinə basqınını təşkil edib.
Onun tapşırığına əsasən tabeliyində olan birləşmələr yaşayış məntəqələrini ələ keçirib, sakinlərə vəhşilik edib, müharibə qanunlarını pozub.
Kadırov "Telegram" kanalında dəfələrlə Rusiyanın silahlı təcavüzünə, Ukrayna ərazilərinin ələ keçirilməsinə və bu cinayətlərdə iştirak edən hərbi qulluqçulara haqq qazandırıb, onları tərifləyib.