AZ

İsrailli iş adamından Gürcüstan DTX-da izahat alınıb - YENİLƏNİB

Gürcüstanda terror aktları təhlükəsi barəsində dezinformasiyanın yayılması ilə bağlı olaraq İtsik Moşe Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DTX-dan bildirilib.

Məlumata əsasən, Moşe informasiyanı Knesset üzvündən aldığını, həmin şəxsə isə məlumatın Knessetin Etika komissiyasının nümayəndəsinin təqdim edildiyini bildirib.

Moşenin daha konkret və ciddi informasiya mənbəyinin adını çəkə bilmədiyi vurğulanıb.

“Onun niyə KİV nümayəndələrinə Gürcüstan tərəfinin təhlükə barədə xəbərdarlıq edildiyini söyləməsi ilə bağlı suala gəlincə, İtsik Moşe bu faktı tamamilə təkzib edib. İzahına görə, o, jurnalistlərə bildirib ki, əgər təhlükə real olsaydı, Gürcüstan tərəfi mütləq bu barədə məlumatlandırılardı”, - DTX-nın məlumatında deyilir.

Qurum bir daha hamını Gürcüstana ziyan vuran bu cür absurd, mənasız və yoxlanılmamış informasiyanı yaymaqdan çəkinməyə çağırıb.

Qeyd edək ki, İtsik Moşe iş adamıdır. O, Gürcüstan-İsrail Biznes Palatasının prezidenti və “İsrail Evi”nin təsisçisidir.

***

13:06

Nə Gürcüstanın, nə də İsrailin xüsusi xidmət orqanları Gürcüstanda terror təhlükəsi haqqında informasiyaya malik olublar və buna uyğun olaraq məlumat kimsə ilə bölüşülməyib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Qeyd olunub ki, DTX İsrail xüsusi xidmət orqanlarının nümayəndələri ilə təmasdadır. “Onlar yayılmış qeyri-dəqiq informasiya ilə bağlı təəccüb ifadə ediblər. Bu cür məlumatların Gürcüstanın bəzi KİV-ləri tərəfindən bizimlə yoxlanılmadan yayılması böyük təəssüf doğurur. Biz hər kəsi Gürcüstan haqqında zərərli və təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - məlumatda deyilir.

Qeyd edək ki, bəzi media resurslarında Knessetin bir neçə üzvünün Gürcüstana bu həftəsonu planlaşdırılan səfərinin terror təhlükəsi səbəbindən ləğv edildiyi barədə məlumatlar yayılıb. Məlumata əsasən, israilli deputatlar Gürcüstanda “İsrail həftəsi” çərçivəsində keçirilən tədbirlərdə və Gürcüstan-İsrail biznes forumunda iştirak etməli idilər.

Seçilən
59
2
apa.az

3Mənbələr