AZ

Litva Belarusla sərhədini yenidən bağlamaqla hədələyir

ain.az, Ayna portalına istinadən məlumat verir.

"Beynəlxalq tərəfdaşlarımızdan tələb etdiyimiz yardım uğursuz olarsa...”

Litva hava ilə siqaret qaçaqmalçılığına qarşı mübarizədə Avropa İttifaqı (Aİ) və ABŞ-dan kömək almasa, Belarusla sərhədini yenidən bağlamağa hazırdır. AYNA.AZ xəbər verir ki, ölkənin Baş naziri İnqa Ruqinienė bu barədə LRT milli radiosunda bildirib.

"Beynəlxalq tərəfdaşlarımızdan tələb etdiyimiz yardım uğursuz olarsa, milli sanksiyaların tətbiqini və sərhədin bağlanmasını ciddi şəkildə nəzərdən keçirəcəyik", - deyə o bildirib.

Hökumət başçısının sözlərinə görə, sərhəd nəqliyyat vasitələri üçün bağlandıqdan sonra Belarusdan buraxılan qaçaq siqaret daşıyan hava şarlarının uçuşları minimuma endirilib.

Vilnüs sərhədi birtərəfli olaraq 29 oktyabrda bağlayıb. Sərhəd keçid məntəqələri 20 noyabrda fəaliyyətini bərpa edib.

2025-ci ilin əvvəlindən bəri Litva qaçaq siqaret daşıyan şarlar tərəfindən 600-dən çox sərhəd pozuntusu və pilotsuz uçuş aparatları ilə bağlı təxminən 200 hadisə qeydə alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün bu hadisələr 320-dən çox uçuşa və təxminən 50.000 sərnişinə təsir edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
ayna.az

1Mənbələr