Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkmənistanaişgüzar səfəri çərçivəsində dekabrın 11-də Gürcüstanın Baş naziriİrakli Kobaxidze ilə görüşüb.
Trend xəbər verir ki, bubarədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsalamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görəminnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətininbaşçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığınınticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşılenerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadəolunub.
İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyindəduran aktual məsələlərə xüsusi diqqət yetirilib.