AZ

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz həqiqətdir - Dövlət ittihamçısı (MƏHKƏMƏ)

Bakı. Trend:

Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindənişğalı danılmaz həqiqət olmaqla məhkəmə iclasında təqdim edilmişçoxsaylı sübutlar təsdiq edilsə də, bu fakt onun formalaşdırdığıcinayətkar birliyin əsas fiqurları olan hazırki təqsirləndirilənşəxslərin məsuliyyətini azaltmır, onları məsuliyyətdən azadetmir.

Trend xəbər verir ki, busözləri Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev 15 nəfərErmənistan vətəndaşının məhkəməsində ittiham tərəfinin replikaçıxışı zamanı deyib.

“Çünki qeyd edilən çoxsaylı cinayətlər məhz Ermənistanın hərbivə siyasi rəhbərliyinin təşkilatçılığı və dəstəyi ilə törədilsə də,hazırkı təqsirləndirilən şəxslərin müxtəlif vaxtlarda qoşulduğucinayətkar birliyin də iştirakı ilə törədilib. Müəyyən vaxtlardaisə hazırki təqsirləndirilən şəxslərin bir qismi formal olaraq daErmənistan dövlətinin hərbi və ya siyasi rəhbərliyində yertutublar. Yəni bu mənada, işğalın təşkilatçılığı, həyatakeçirilməsi və saxlanması kontekstində Ermənistan dövləti vəqondarma qurum vahid orqanizm kimi fəaliyyət göstərib”, - deyədövlət ittihamçısı əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Məqalədə:
Seçilən
52
5
az.trend.az

6Mənbələr