AZ

Rusiya ordusu Sumu bombaladı: ölənlər var

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya ordusu bu gün günorta saatlarında Sum vilayətinin Velıkopısarevska icmasında yerləşən mağazaya idarə olunan aviasiya bombası atıb.

Axar.az xəbər verir ki, bu barədə Sum Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat yayıb.

“Zərbə elə anda endirilib ki, mağazanın içərisində insanlar olub. Hücum nəticəsində 2 nəfər – satıcı və yerli sakin həlak olub. Onların meyitləri dağıntılar altından çıxarılıb. Mağazada olan digər 2 nəfər isə yaralanıb”, - Qriqorov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
axar.az

1Mənbələr