AZ

Məsciddə yatan şəxsi qətlə yetirənin məhkəməsi başladı

Bülbülə qəsəbəsində qəsəbə sakinini məsciddə yatdığı yerdə qətlə yetirməkdə təqsirləndirilən Elvin Məmmədov ittiham olunduğü cinayət cinayət işi üzrə məhkəməsi başlayıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Elvin Məmmədov barəsində seçilmiş həbs qərimkan tədbirinin dəyişdirilmədən cinayət idinin məhkəmə araşdırmasına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti proses dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki,hafisə 2025-ci il İyulun 26-da səhər saat 5 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən "İmamzadə" məscidində baş verib. 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Nadir Səfərovun, 1996-ci il təvəllüdlü Elvin Məmmədov tərəfindən bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elvin Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə yekun ittiham irəlir sürülüb.

Seymur Əli

Seçilən
21
unikal.az

1Mənbələr