ain.az, Avtosfer saytına istinadən bildirir.
Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 10-da günorta saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-ED-237 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil, 42-CE-686 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşınla toqquşub. İddialara əsasən, qəzaya səbəb əlverişsiz hava şəraitində sürət həddinin aşılması olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.