AZ

Evini böyütmək istəyən şəxsin tapdığı 90 kiloqram dəfinə dövlətə keçdi

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fransanın Möz departamentindəki Senon kəndində son illərin ən böyük dəfinəsi aşkar edilib.

Avtosfer.az xəbər verir ki, evini genişləndirmək istəyən şəxs bünövrə qazdırarkən 3 ədəd gümüş sikkələrlə dolu küp aşkar edib. 3 küpdə 90 kiloqrama yaxın, ümumi sayı 40 mindən çox olan gümüş sikkə olduğu müəyyən edilib. 

Fransız numizmatlar ilkin tədqiqat zamanı dəfinənin təxminən 1700 il əvvəl basdırıldığı qənaətinə gəliblər. 

Bu günün qiymətləri ilə külçə halında hesablasaq, tapılan dəfinənin dəyəri təxminən 270 min manatdır. Lakin buradan ev sahibinə heç nə çatmayıb.

Fransa qanunvericiliyinə 2016-cı ildə edilmiş dəyişikliyə görə təsadüf nəticəsində tapılmış hər bir şey dövlətə məxsusdur. 10 il əvvələdək belə tapıntıların dəyərinin yarısı tapan şəxsə ödənilirdi.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
96
1
avtosfer.az

2Mənbələr