AZ

Yalnız bu müəllimlər distant işləyə bilər - AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanda “distant iş” qanuniləşir. 

Bəs müəllimlər də distant işləyə bilərmi?

Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, müəllimlərin kənardan işləməsi pandemiya dövründə sınaqdan keçirilib.

Onun fikrincə, təhsil sahəsində, xüsusən də orta məktəblərdə bu, o qədər uğurlu olmadı:

"Bunun səbəblərindən biri də o idi ki, pandemiya insanları qəfil yaxaladı, biz bu sınağa hazır deyildik. Texniki vasitələr, proqram təminatı indiki səviyyədə deyildi. Artıq bu gün dünyada distant işləmək demək olar ki, geniş yayılmaqdadır. Hətta o səviyyəyə gəlmişik ki, xəstələr uzaqdan əməliyyat olunur. Düşünürəm ki, müəllimlərin distant təhsil verməsi ali məktəblərdə mümkün ola bilər, amma orta məktəblərdə bu çətin olar. Çünki orta məktəb uşaqlara təməl bilgiləri öyrədir".

Repetitor vurğuladı ki, texniki vasitələr nə qədər inkişaf etsə də, güclü proqram təminatı olsa belə, bir şagirdə ibtidai biliklər öyrətmək çox çətindir:

"Digər tərəfdən də, dünyada STEAM təhsilin geniş yayılmağa başladığı bir zamanda bu, distant təhsil inandırıcı görünmür".

Aytəkin TOFİQQIZI

Seçilən
21
1
redaktor.az

2Mənbələr