Bakı.Trend:
Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilənəticələnən sözügedən yol qəzasının xüsusatlarını sürücülərindiqqətinə çatdırmaqla, bir daha onları yaşanmış acı təcrübədəndüzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsizəməl etməyə çağırır.
Trend xəbərverir ki, BDYPİ-nin çağırışında bildirilib ki, idarə etdiyi “VAZ2121” markalı avtomobillə paytaxtdan - bacısının yas mərasimdənqayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasazolduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb.
A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinəyaxınlaşdıqdan qısa müddət sonra, dağlıq ərazidə üzü yoxuşasaxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldançıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin -sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatınıitirib.
İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıqrelyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizliktədbirlərinin görülüb-görülmədiyi, mühərrikinsöndürülüb-söndürülmədiyi, duracaq tormoz sistemininqoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin sazvəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisəninehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır.