AZ

Kino çəkilişi kütləvi zəhərlənməyə səbəb olub



Qazaxıstanda kino çəkilişi kütləvi zəhərlənməyə səbəb olub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Almatıda qeydə alınıb. Belə ki, Almatıda sərnişin qatarında aparılan kino çəkilişi zamanı qatarda olan 52 sərnişin tüstüdən zəhərlənib.

Hadisə yerinə 13 təcili yardım briqadası göndərilib. Zəhərlənən sərnişinlər arasında uşaqlar da olub.

Almatı Şəhər Səhiyyə İdarəsi bildirib ki, müayinə nəticələrinə görə, 10 uşaq xəstəxanaya yerləşdirilib, onlardan 2-si reanimasiya şöbəsində, qalanları isə ixtisaslaşmış şöbələrdədir.

Qalan xəstələr müayinə və yardımdan sonra yaşayış yerlərində ambulator müalicəyə göndərilib. Xəstəxanaya yerləşdirilmiş xəstələrin vəziyyəti həkimlərin nəzarəti altındadır.

Cavid
Seçilən
21
1
newscenter.az

2Mənbələr