AZ

Aslan Kərimov Azərbaycan idman mediasını aldadıb – İTV-nin adı ilə!

Deməli, noyabrın 4-də Aslan Kərimovdan “Çelsi”nin baş məşqçisi Entso Mareskanın Bakıda məşqə çıxmaması və oyunöncəsi mətbuat konfransında iştirak etməkdən imtinası ilə bağlı fikrini soruşmuşduq.

Həmişə can-başla, aydın şəkildə açıqlamalar, müsahibələr verən Aslan bəy artıq bunu edə bilməyəcini dedi. Səbəb kimi isə “İctimai Televiziya” ilə müqavilə bağladığını, buna görə də başqa media qurumlarına açıqlama verməsini mümkün olmadığını (yəni müqavilədə belə şərt var) bildirdi, biz də anlayışla qarşıladıq.

Ötən gün keçirilən “Qarabağ” – “Ayaks” oyunu barədə Aslan Kərimovun fikrinə ehtiyac duyduq, təbii, İTV-nin bu mütəxəssisə qadağa qoyması da yadımızdaydı. Axı Aslan bəy İTV-də “Bol İdman” verilişinin daimi ekspertidi. Belədə İTV-nin İdman Departamentlərinin rəhbəri Kənan Hakimovla əlaqə saxladıq, Aslan bəyə niyə danışmaq qadağası qoyulduğunu soruşduq. İndi Kənan bəyin cavabını oxuyun, sonra da Aslan bəyin fərasətinə əhsən deyin:
“Ümumiyyətlə, belə qadağa yoxdu. Bu söhbəti kim çıxarıb, hardan çıxarıb, kimin təxəyyülünün məhsuludu - bilmirəm. Qadağa qoyulmayıb, qoyula da bilməz. Aslan Kərimov “Bol İdman” verilişinin daimi ekspertidi. Əziyyət çəkir, gəlir, iştirak edir və bu müqaviləyə əsasən, ödəniş həyata keçirilir. Qadağa hüquqi baxımdan da qoyula bilməz. Belə məsələ yoxdu”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
24
1
football-plus.az

2Mənbələr