AZ

ABŞ-nin qərbini su basıb: sakinlər kütləvi təxliyə olunur

Bakı. Trend:

ABŞ-nin şimal-qərbində yerləşən Vaşinqton ştatının birhissəsinin əhalisə leysan yağışların yaratdığı güclü daşqınlarsəbəbindən təxliyə olunmaq əmr olunub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru BobFerqyuson bəyan edib.

“Skagit dairəsində yüz ildən bir baş verən daşqın zonasına düşənbütün sakinlər üçün təxliyə əmri verilib”, – o, "X" sosialşəbəkəsində yazıb.

Qubernator neçə nəfərin dərhal evlərini tərk etməli olduğunudəqiqləşdirməyib. Açıq mənbələrə görə, Skagit dairəsində 130 mindənçox insan yaşayır.

Ümumilikdə, leysan yağışlar səbəbindən Aydaho, Vaşinqton vəOreqon kimi şimal-qərb ştatlarında 9 milyondan çox sakin daşqınriski ilə üzləşə bilər.

Bazar ertəsindən etibarən bəzi yerlərdə artıq 200 mm-ə qədəryağıntı düşüb, yaxın günlərdə daha bir o qədər yağıntı gözlənilir.Məsələn, Vaşinqton ştatında dekabr ayı üçün orta yağıntı norması146 mm, Oreqonda isə 179 mm təşkil edir.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr