AZ

Avropa qoşunlarını orada görsək, zərbə endirəcəyik Çepa

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Rusiya Avropa ilə hücumu etməmək haqqında saziş imzalamağa hazırdır. Lakin Avropa qoşunları Ukrayna ərazisində görünsə, saziş qüvvədən düşəcək”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin üzvü Aleksey Çepa deyib.

“Biz Avropa ilə saziş imzalamağa hazırıq. Avropaya hücum etmək fikrimiz yoxdur. Biz həmişə Avropanı azad hesab etmişik. Onlar öz rusofob siyasətləri ilə bütün məntiqli hədləri aşıblar”, — Çepa bildirib.

O qeyd edib ki, Avropa qoşunları Ukraynanın ərazisinə daxil olacağı təqdirdə, bu qüvvələr Rusiya üçün legitim hədəfə çevriləcək.

Çepanın sözlərinə görə, zəmanətlər Avropanın razılığından sonra rəsmiləşdirilə bilər, lakin hazırda onların belə bir istəyi yoxdur.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
globalinfo.az

1Mənbələr