“Venesuela Bolivar Respublikası Karib dənizində neft tankerinə hücumu açıq şəkildə elan edən ABŞ Prezidenti tərəfindən törədilən kobud soyğunçuluq və beynəlxalq piratçılıq aktını pisləyir və qətiyyətlə rədd edir.”
Xarici İşlər Nazirliyi xatırladıb ki, Tramp hətta 2024-cü il seçki kampaniyası zamanı məqsədinin Venesuela neftini təzminatsız ələ keçirmək olduğunu açıq şəkildə bəyan edib və ölkəyə qarşı təcavüz siyasətinin enerji ehtiyatlarını mənimsəmək üçün hazırlanmış planın bir hissəsi olduğunu vurğulayıb.